Şou-biznes

"Həyat yoldaşımın etdikləri işgəncə idi" — VİDEO

Həyat yoldaşımın etdikləri işgəncə idi — VİDEO

Türkiyə vətəndaşı Murad Temizlə ailə quran aktrisa Cəmilə Tağızadə Bakıya qayıdıb.

Axşam.az xəbər verir ki, "Günə bax" verilişində qonaq olan sənətçiqısqanclıq səbəbindən həyat yoldaşından ayrıldığını bildirib:

"Türkiyədə aktrisa kimi fəailyyət göstərmirdim. Çünki həyat yoldaşım buna icazə vermirdi. Ümumiyyətlə,o qədər qısqanc adam idi ki, geyimdə, evdən çölə çıxmada mənə çərçivələr qoyurdu.Müəyyən saatlar var idi ki, o vaxt ərzində çıxa bilərdim. Özü isə istədiyi vaxt gedib-gələ bilirdi. Çox çətin idi, özü də mənim kimi azad ruhlu bir insan üçün bu böyük işgəncə idi. İzah edəndə də nə özü, nə ailəsi başa düşürdü. Düz 6 il səbr etdim və təngə gəldim, indi Bakıdayam. İndi yola gətirməyə çalışır məni ki, barışaq. Hazırda küsülüyük. Çünki çox çətindir, mənim bütün azadlığım əlimdən alınmışdı. Əgər mən də bunu etmiş olsaydım, bu başqa məsələ. Ona tamazadlıq vermişdim. Fikrimcə, evlilikdə qarşılıqlı hörmət olmalıdır. Bizim cəmiyyətdə problem var, kişi düşünür ki, onlara hər şey olar,qadına heç nə olmaz. Mən zatən öz həddimi bilən və bu çərçivədən çıxmayan insanam. Demirdim ki, gedim, gecə 3-5-də evə gəlim. Axşam 5-dən sonra evdən çıxmamaq, teatra, kinoya gedə bilməknə deməkdir?Komendant saatı idi. Bəhanəyə baxın, İstanbul çox təhlükəli şəhərdir. Mən bunu başa düşürdüm. Amma mən gedib-gəldiyim yeri, geyimimi bilirəm. Yalnız özü deyil, baldızlarım, qayınanam yığır ki, haradasan?".

Qeyd edək ki,Cəmilə2017-ci ildə Muratlaailə həyatı qurub. 2020-ci ildə cütlüyün Abdullah Cesur adında oğlu dünyaya gəlib.

NE
Nihadə Eyyubova