Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 milyard ABŞ dolları ayıracaq. Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegel COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollarına ehtiyacı olacaq. O, həmçinin, Dünya Bankının bu ildən etibarən fəaliyyətinin 45 %-ni iqlimlə bağlı məsələlərə yönəltdiyini qeyd edib. Bunu 50 %-ə çatdırmaq hədəflənib.
Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında getdikcə daha çox beynəlxalq təşkilatlar və fondların iqlim maliyyəsi sxemlərini təşkil etdiyini söyləyib:
“Onlar bunun ətrafında öz fəaliyyətlərini inkişaf edirirlər. Bilirik ki, “yaşıl keçid”də iqlim maliyyəsi olmadan heç bir uğur əldə etmək olmaz. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti, 3-cü dünya ölkələri elə iqtisadiyyata sahibdir ki, bunu yalnız iqlim maliyyəsi əsasında yeniləmək mümkündür. Eləcə də Rusiya, Hindistan Çin kimi iri istehsalçı ölkələr, amma texnologiyaları zəif olan ölkələr üçün də “yaşıl maliyyə” mexanizmlərinin yaradılması olduqca vacibdir. Bu ölkələrin gələcəkdə “yaşıl investisiya”ları olmalıdır”.
Törə Zeynallı
Demokrat.az