Bu gün Bakı bulvarında görünən nəhəng varlıq canlı deyilmiş.
Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, saxta kaşalotdan dünyanın bir sıra ölkələrində balina ölümlərinə diqqət çəkmək üçün istifadə olunub.
Məsələn, Parisdə, Sena çayının sahilinə də qurulan maket xeyli müzakirələrə səbəb olmuşdu. "Reallıq və fantaziya" arasında keçid hesab olunan, Paris l'Eté festivalı üçün gətirilən bu maket iqlim dəyişikliyi və həddən artıq balıq tutmağın fəsadları barədə məlumatlandırmaq məqsədi ilə quraşdırılıb.