Qulu Məhərrəmli: "Cəmiyyətdəki əxlaq pozğunluğunun səbəbi telekanallar və ya internet deyil"

SOSİAL MEDİA 04 noyabr 2024, 15:12
Xalq yazıçısı Anarın "Əxlaqımızı günü-gündən internet pozur" kimi ifadələri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bu mövzuda ziyalıların da fikirləri müxtəlifdir. 
Televiziya və internet əxlaqsızlıq yaradır, yoxsa onsuz da var olan bir anlayışın təbliğini aparır?


Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib ki, yazıçı Anarın məsələyə bu cür yanaşması yeni hadisə deyil: 

"Anar müəllimin bu cür yanaşması yeni deyil. Televiziya yeni fəaliyyətə başlayanda bu cür fikirlər sosioloqlar, sosial psixologiya ilə məşğul olanlar, cəmiyyət və əxlaq problemlərini araşdıranlar tərəfindən səsləndirilib. Fərqli araşdırmalarla bu fikrin doğruluğunu təsdiq etməyə çalışıblar.
Mənim düşüncəmə görə cəmiyyətdəki əxlaq pozğunluğunun səbəbi tv və ya internet deyil. Başqa sosial faktorlar var ki, onlar həmin təzahürü meydana çıxarır. 

Təəssüf ki, televiziyanın gərəksiz verilişləri, ölçü bilməyən aparıcıları, özünü həddən artıq sərbəst hesab edən "ekspertlər" bu cür fikirlərin yayılmasında xüsusi rol oynayırlar". 

O qeyd edib ki, deyilən fikirlərdə həqiqət var:

"Məsələn, Tiktok Çin biznesinin təzahürüdür. Ancaq Çində fəaliyyət göstərmir. Bizim kimi ölkələrdə, keçmiş SSRİ-də, geridə qalmış Afrika ölkələrində və.s bu cür platformalar dəbdədir. Guya düşüncə sərbəstliyi var. İnstagramda bəzi profillər var ki, birbaşa əxlaqsızlığa xidmət edir". 

Əməkdar jurnalist problemin həlli  mövzusuna da toxunub:

"Birinci növbədə hamı qanun və məhdudlaşdırma haqqında düşünür. Buna əks arqument olaraq fikir, media azadlığı faktoru var. Burada əsas məsələ cəmiyyətin yetkinliyi, etik qaydaların mövcudluğudur. Bunlar nəticə vermədikdə inzibati resurslar işə salınır. Dəyərlərin təbliği də vacib məsələdir. Geri zəkalılıq, əxlaq baxımından "sərbəstlik", düşüncə pozğunluğu tv də və sosial şəbəkələrdə əxlaqsızlığın yayılmasının əsas mühərrikinə çevrilib. Ona görə də əxlaqsızlığı yayan səbəblərin aradan qaldırılmasına nəzarət etməliyik".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top