Serdar Ortaç vəsiyyətini açıqladı: Əmlaklarını kimə verəcək?

ŞOU-BİZNES 21 sentyabr 2026, 16:34
Müğənni Serdar Ortaç sağlığında mirasını bölüşdürdüyünü açıqlayıb. Ortaç İstinyedə yerləşən, Boğaz mənzərəli 8 otaqlı evi də daxil olmaqla əmlakını yanında çalışanlara və illər əvvəl vəfat edən qardaşının övladlarına qoyacağını bildirib.

Demokrat.az
xəbər verir ki, otellərin birində səhnəyə çıxarkən bu mövzuya toxunan Ortaç sağlığında mirasını tənzimlədiyini və vəfatından sonra əmlakının kimlərə qalacağına qərar verdiyini deyib.

Kadir İnanırın sağlığında mirasını tənzimləməsini nümunə göstərən Ortaç özü də eyni addımı atdığını bildirib. Məşhur müğənni geridə qoyacağı əmlakın necə bölüşdürüləcəyi ilə bağlı qərar verdiyini söyləyib.

Ortaçın açıqlamasına görə, onun mirası, ilk növbədə yanında çalışanlara, eləcə də ötən illərdə vəfat edən qardaşının övladlarına qalacaq. Uzun müddətdir birlikdə çalışdığı şəxsləri də vəsiyyətinə daxil etdiyini bildirən Ortaç vəfatından sonra mirasın həmin şəxslər arasında bölüşdürülməsini istədiyini deyib.

Müğənninin 2023-cü ildə verdiyi açıqlama da yenidən gündəmə gəlib. Ortaç həmin vaxt belə demişdi: "Uşağım yoxdur. Ona görə də çalışanlara verəcəyəm. Onsuz da bir ev var. Onu da onlar bölüşəcəklər".

Vəsiyyətlə bağlı açıqlamadan sonra Ortaçın İstanbulun İstinye təpələrində yerləşən, Boğaz mənzərəli evi yenidən gündəmə gəlib. Müğənninin 2016-cı ildə 15 milyon lirəyə aldığı evin hazırkı dəyərinin təxminən beş dəfə artdığı bildirilir.

750 kvadratmetrlik torpaq sahəsində yerləşən ev 8 otaq, 4 qonaq otağı və 4 hamamdan ibarətdir. Teras və eyvanların da olduğu xüsusi layihəli evdə təhlükəsizlik kameraları sistemi və abadlaşdırılmış ərazi də var.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 16:07
Top