Həbsdən çıxan kişi arvadının başqası ilə münasibətini öyrəndi, sonra isə... — TƏFƏRRÜAT

KRİMİNAL 25 oktyabr 2024, 14:13
Bakının Yasamal rayonunda 1988-ci il təvəllüdlü Əhməd qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nüşabəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Əhməd Yasamal Rayon Məhkəməsinin hökmü ilə həbsdən azad olunduqdan sonra 7 iyun 2023 cü ildə saat 15:50-də yaşadığı evə gəlib. O, həyat yoldaşı Nüşabənin ona xəyanə etməsindən şübhələndiyi üçün onun mobil telefonunda olan məlumatlara baxıb. 

Bu zaman Əhməd Nüşabənin başqa kişi ilə münasibətdə olaraq ona xəyanət etməsini yəqin edib. O, Nüşabə ilə mübahisə edib və qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı mənzilin yataq otağında onun  bədəninin müxtəlif nahiyələrinə plastik butulka ilə, eləcə də əl və ayaq zərbləri ilə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nüşabə ilə 2013-cü ildə rəsmi nigaha daxil olub və bu nikahdan iki övladları dünyaya gəlib: “7 iyun 2023-cü ildə saat 15:30-da Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə xitam verilərək azadlığa çıxdım və yaşadığım evə gəldim. Evə gələn zaman saat 15:50 radələri idi. 8 yaşlı oğlum Mərhəmət ilə görüşdüm. Nüşabə mənə yaxınlaşaraq görüşmək istədi. Nüşabəni qucaqlamayaraq dayanmasını və telefonu mənə verməsini bildirdim. Nüşabə telefonu mənə vermək istəmədi və telefonu ondan tez dolabın üzərindən götürdüm. Telefonun kodunu istədim. Lakin Nüşabə mənə telefonun kodunu demədi, digər kodları yoxlayaraq telefonu açdım. Bu zaman bizim mübahisələrimiz yarandı. Mübahisə zamanı anam Mətanət gələrək bizi sakitləşdirmək istədi. Nüşabə anama və mənə hücum çəkdi. Mənim sifət, boyun və bədən nahiyəmə əlinin dırnağı ilə xəsarətlər yetirdi. Nüşabənin anamı vuraraq xəsarət yetirməsini görmədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Nüşabə onun anasına hücum çəkib və onu vurmaq istədiyi üçün onu əli ilə sifətinə şillə vurub: “Nüşabə evin pəncərəsindən qaçmaq istədikdə sacından dartaraq yerə yıxdım. Həmçinin mübahisə zamanı Nüşabənin arxasında içərisində azca su olan plastik butulkanı atan zaman onun başına dəydi. Bu vaxt qardaşı Əli bizə gəldi. Sonra Nüşabə qarajın qapısından çıxmaq istədi. Amma Əli onu evə gətirdi. Sonra Nüşabəyə hücüm çəkdikdə qardaşım qarşıma keçdi, onu döyməyimin qarşısını aldı və əlimi itin qanına batırmamağı bildirdi”. 

Əhmədin ifadəsinə görə, daha sonra Nüşabənin bacısı Zəminə gələrək qızıl zinət əşyalarını, geyim əşyalarının bir hissəinin götürüb: “Aramızda baş vermiş münaqişənin səbəbi Şüvəlanda yerləşən istintaq təcridxanasında olan zaman Nüşabənin məni aldatdığını, başqa bir şəxslə mənə xəyanət etdiyini öyrənməyim olub. İstintaq təcridxanasından çıxmağımı isə anamdan başqa heç kim bilməyib. İstintaq təcridxanasından çıxaraq evə gələn zaman övladlarım ilə görüşdüm. Nüşabə mənim çıxmağımdan xəbərdar olmadığı üçün təəccüblə üzərimə gələndə ona üzümü çevirərək yataq otağına daxil oldum. Nüşabənin istifadəsində olan telefonu götürərək şifrəsini yazdım. Orada mənə xəyanət etdiyi oğlanla olan foto şəkilini gördüm. Sonra yaxasından tutaraq yerdə oturdum və şəkilin açıqlamasını istədim. Çıxmağımı ona xəbər verdmədiyi üçün anamın üzərinə hücum etdi, anamı  vurmaq istəyən zaman onu tutdum. Bir dəfə şillə ilə sifətinin sol tərəfindən vurdum. Hadisə ümumilikdə 20-25 dəqiqə qədər davam etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: “Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza 3 il sınaq müddəti şərti olaraq tətbiq edildi. Mən 2022-ci ildən 2023-cü ildək həbsdə olmağım hesablanmaqla Yasamal Rayon Məhməsinin iclas zalından azad edilmişəm. Nüşabənin ifadəsində mənim evə daxil olan kimi onun üzərinə gələrək vurmam barədə danışdıqları tamamilə yalandır. Hadisə mənim dediyim kimi olub. Nüşabəni şillə ilə vurduqdan sonra onun qardaşı Əli gəldi. Nüşabəni oğlanla olan şəkilini ona göstərdim. Nüşabə evin qaraj qapısından çıxaraq qaçmaq istəyən zaman Əli onu sürüyərək evə saldı. Mən Nüşabənin başına, ayağına zərbə endirməmişəm. Onun sifətinin sol tərəfindən şillə ilə bir dəfə, pəncərəyə çıxdığı üçün saçından tutaraq aşağı salmışam. Çölə çıxaraq qaçmaq istəyən zaman isə qardaşı Əli ilə birlikdə qolundan tutaraq sürümüşük. Ola bilsin ki, Nüşabənin bədəni səthində olan xəsarətləri həmin zaman alıb. Nüşabəni Əli də vurub”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nüşabənin sözlərinə görə, Əhməd ilə 2013-cü ildə ailə həyatı qurub və onun yaşadığı evə köçərək birikdə yaşayıb: “Birgə nikahımızdan 2014-cü il təvəllüdlü oğlum, 2019-cu il təvəllüdlü qızım dünyaya gəlib. 2022-ci ildə ərim Əhməd  dələduzluq cinayət əməlini törətdiyi üçün 7 il müddətinə həbs edildi. Əhməd həbsdə olarkən mənə telefonla dedi ki, boşanmaq istəyir, mən isə ona etiraz etdim. 2023-cü ildə saat 15:50-də yaşadığım evdə olarkən Əhməd işəri girdi. Onun həbsdən çıxmasından xəbərim olmayıb. Əhməd evə daxil olan kimi üstümə hücum çəkdi. Həmin vaxt qaynanam Əhmədə “onu vurma, söz vermişdin” dedi”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Əhməd onunla birlikdə yataq otağına keçib: “Orada oturaraq söhbət edən zaman Əhməd mənə “niyə belə elədin, mən sənə demişdim ki, adımı batırma” deyərək baş nahiyəmdən əlləri ilə vurdu, boğazımı sıxmağa başladı. Təpiklə bud nahiyəmdən və ayaqlarımdan zərbələr vurdu. Əhməd məni döyən zaman qaynanam qardaşım Əliyə zəng vuraraq onu çağırdı. Əhməd məni döyəndən sonra gedərək telefonunu götürdü və baxmağa başladı. Adını açıqlamaq istəmədiyim şəxslə yazışmağımı və foto şəkillərimi gördü. Təxminən 15-20 dəqiqə keçəndən sonra qardaşım Əli yaşadığım ünvana gəldi. Əli gəldikdən sonra Əhməd tərəfindən döyməyimə mane olaraq döyməyə qoymadı. Əli Əhməd tərəfindən mənim döyülmə anımı görməyib. Lakin qayınanam mənim Əhməd tərəfindən döyülməyimi görüb. Əli gəldikdən sonra evdən qaçmaq istədim. Bu zaman Əli ilə Əhməd qolumdan tutaraq məni içəriyə salmaq istədi. İçəriyə girmək istəmədiyimə görə müqavimət göstərdim. Bu zaman bud və baldırlarım yerdə sürtüldüyü üçün xəsarət aldım. Evə salan zaman ayaqlarımın yerə sürtülməsi nəticəsində qardaşımın mənə yetirdiyi xəsarətlərlə bağlı şikayətim yoxdur. Daha sonra Əli mənim döyülmüş vəziyyətdə görərək atamgilə apardı. Qayınanam qardaşım Əli ilə birlikdə bacıma da zəng vurdu. Hadisə günü bacım da məhəlləyə gəldi. Lakin hadisənin şahidi olmadı. Əli məni atamgilə aparanda bacım yanımda olub. Yolda gedərkən bacımın telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat verdim. Hazırda ərim barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top