Yaradıcı sənayelər üzrə təqaüd proqramına 2030-cu ilədək qəbul həyata keçiriləcək

MƏDƏNİYYƏT 25 oktyabr 2024, 15:50
"Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” 2026-cı ilə qədər qüvvədə olacaq. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə əsasən 2026-2030-cu illər ərzində də proqrama qəbul həyata keçiriləcək”.

Demokrat.az
xəbər verir ki, bunu "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsinin başa çatması və "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunması ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib. C.Valehov bildirib ki, yaradıcı insanlar və müxtəlif birliklərlə bu müddət ərzində məsləhətləşmələr aparılacaq:

“Azərbaycanın yaradıcı sənayəsini, yaradıcı iqtisadiyyatını genişləndirmək üçün məsləhətləşmələrimiz olacaq. Növbəti illərdə proqrama müraciət edənlərin və qəbul olunanların sayında artım gözləyirik. Bu sahə dünyada çox sürətlə inkişaf edir. Süni zəka musiqi bəstələməkdə, şeir yazmaqda, oyun sahəsində, yaradıcı texnologiyalar sahəsində artıq tətbiq edilir. Ölkəmizdə bu sahələri bilən kadrlara ehtiyac var”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top