PSJ-nin sabiq futbolçusu qəfil öldü

SOSİAL 25 oktyabr 2024, 17:16
Mərakeş millisinin və Fransanın PSJ klubunun sabiq futbolçusu Abdelaziz Barrada 35 yaşında vəfat edib.

Demokrat.az  xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin ölüm səbəbi ürəktutması olub.

Qeyd edək ki, 2021-ci ildə peşəkar futbol karyerasını başa vuran Barrada PSJ ilə yanaşı “Marsel” (Fransa), “Xetafe” (İspaniya) və “Antalyaspor” (Türkiyə) komandalarında da çıxış edib. O, Mərakeş yığmasında 28 oyunda iştirak edərək 4 qol vurmaqla yadda qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top