Bakıda 11-ci sinif şagirdi bıçaqlandı

KRİMİNAL 25 oktyabr 2024, 17:01
Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 322 nömrəli orta məktəbdən gedir.

Demokrat.az bizimmedia-ya istinadla bildirir ki, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.

Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.

Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2024, 19:46
Top