Otellərdə gecələyən azərbaycanlıların sayı bu qədər artıb — Rəsmi rəqəm AÇIQLANDI

GÜNDƏM 25 oktyabr 2024, 20:27
Bu ilin yanvar-sentyabr aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən illin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 3 milyon 269 min olub.

Demokrat.az
xəbər verir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27% artaraq 1 milyon 772,2 min, Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı isə 23,1% artaraq 1 milyon 496,8 min olub.

Gecələmələrin ümumi sayının 19,9%-i Hindistan, 13,8%-i Rusiya, 8,7%-i Səudiyyə Ərəbistanı, 7%-i Türkiyə, 5,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,6%-i ABŞ, 3%-i Küveyt, 2,8%-i Qazaxıstan, 2,5%-i İsrail, 2,5%-i Böyük Britaniya, 2,4%-i Pakistan, 2,2%-i Özbəkistan, 2,1%-i Çin, 1,3%-i Almaniya, 1,1%-i İtaliya, 21,5%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81%-i Bakıda, 4,7%-i Qəbələdə, 4,3%-i Qusarda, 3,7%-i Naftalanda, 3,5%-i Qubada, 0,6%-i Şabranda, 2,2%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında otellərin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7% artaraq 468,5 milyon manat olub.əbər verir. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2024, 19:46
Top