Hindistanda fil onunla selfi çəkmək istəyən kişiyə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə Daily Mail yazır.
KİV-in məlumatına görə, 23 yaşlı Srikant Satre dostu ilə cəngəllik yaxınlığında gəzərkən fillə qarşılaşıb. Dostlar təhlükəyə baxmayaraq, onunla selfi çəkdirmək qərarına gəliblər və buna görə peşman olublar. Srikant heyvana yaxınlaşanda heyvan onun üstünə gəlib və onu tapdalamağa başladı.
Satrenin dostu fili qorxutmağa çalışsa da, heyvan adamı yerlə sürükləməyə davam edib. Çağırış üzrə gələn həkimlər Srikantın xəsarətləri çox ağır olduğundan onu xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparan polis əməkdaşları vəhşi heyvanlarla rəftar zamanı təhlükəsizlik qaydalarını xatırladıb və vətəndaşlardan zəruri hallarda belə heyvanlarla təmasda olmamağı xahiş ediblər.
Mehriban Mirzəzadə
Demokrat.az