"Obyektin nə qədər sahəsinin zərər gördüyü ilə bağlı işlər davam edir. Təqribən ümumi sahəsi 2 min kvadratmetr olan obyektin 600-700 kvadratmetrlik dam örtüyündə yanğın baş verib".
Bunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Əldə etdiyimiz məlumata görə, yanğın "Astoria" hotelin dam örtüyündə başlayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində güclü yanğın hadisəsi baş verib. Bu səbəbdən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb.
(Oxu.az)