“Məncə, rusdilli məktəblərin sayını azaltmaq lazımdır. Bakı şəhərində dövlətə aid 2–3 rusdilli məktəb olsun. Regionlarda rus dilinə nə ehtiyac var? Kim uşağını rus dilində oxutmaq istəyirsə, gətirsin, Bakıda oxutsun”.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O bildirib ki, rusdilli məktəblər müzakirə obyektinə çevrilib, sosial sifariş kimi gündəliyə gəlib:
“Bu qədər məktəbə nə ehtiyac var? Əgər tələbat varsa, sahibkarlar bununla məşğul olsunlar, özəl məktəblər açsınlar. Necə ki, ingilisdilli məktəblər var.
Mənə elə gəlir ki, müvafiq qurumlar bu məsələyə həssas yanaşmalıdırlar. Dövlətin rusdilli məktəblərə gedən vəsaitinin daha vacib yerlərə xərclənməsi ədalətli olardı”.
Cavidan Mirzəzadə
Demokrat.az