Şou-biznes

İlıər sonra həmkarını ittiham etdi: "İliklərimə qədər nifrət edirəm"

İlıər sonra həmkarını ittiham etdi: İliklərimə qədər nifrət edirəm

Türkiyəli müğənni Berrin Keklikler illər əvvəl Atiye ilə arasında yaşandığını iddia etdiyi hadisə barədə danışıb.

Demokrat.az xəbər verir ki, Keklikler sosial mediada Atiyenin yer aldığı videoya rast gəldikdən sonra keçmişdə yaşadığı hadisəni xatırlayıb və bununla bağlı sərt ifadələr işlədib.

Müğənni bildirib ki, hadisə onun 19 yaşı olarkən, öz studiyasını Atiyeyə icarəyə verdiyi vaxt baş verib. Onun sözlərinə görə, gecə saatlarında studiyanın istifadə müddətinin nə qədər davam edəcəyini soruşması qarşı tərəfin sərt reaksiyasına səbəb olub.

Keklikler həmin anı belə xatırlayıb:

"İllər əvvəl studiyamızı icarəyə götürüb müddəti aşdığınız zaman, gecə olduğu üçün "Daha nə qədər davam edəcək?" deyə soruşmağımın ardından mənə səbəbsiz yerə qışqırdığını xatırladım".

Müğənni yaşadığı hadisəni "Atiye travması" adlandırıb və həmin vaxt çox gənc olduğunu, hadisənin ona ciddi təsir etdiyini bildirib. O, illər sonra bu barədə danışmaq ehtiyacı hiss etdiyini qeyd edib.

Keklikler paylaşımında Atiyeyə qarşı mənfi münasibətini də açıq şəkildə ifadə edib.

Hadisə ilə bağlı Atiye tərəfindən isə hələlik hər hansı açıqlama verilməyib.

Jalə