Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
Demokrat.az xəbər verir ki, aparıcı bu barədə instaqram hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq.
Qeyd edək ki, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə təyin olunub.

