Dünya

Kiyevə dron hücumu: Azərbaycanlı həlak oldu

Kiyevə dron hücumu: Azərbaycanlı həlak oldu

Sentyabrın 27-si səhər saatlarında Rusiya ordusu dronla Kiyevə zərbə endirib. Nəticədə Azərbaycan əsilli Ukrayna vətəndaşı həlak olub.

Demokrat.az xəbər verir ki, həlak olan şəxs Azərbaycanın Lənkəran rayonundan olan 71 yaşlı Aşur Bəhlul oğlu Əkbərovdur.

Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayırdı. O, şəxsi avtomobili ilə işə gedərkən Rusiyanın dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib. (Report.az)

NE
Nihadə Eyyubova