2026-cı il MTV Video Musiqi Mükafatlarının qalibləri açıqlanıb. Los-Ancelesdə keçirilən mərasimdə Madonna və Teylor Svift gecənin ən çox diqqət çəkən sənətçiləri olub.
Demokrat.az xəbər verir ki, mərasimə Snoop Dogg aparıcılıq edib. Gecədə Kasi Musqraves, Sombr, Qunna və Yunq Lean daxil olmaqla bir çox məşhur sənətçi səhnəyə çıxıb.
Madonna 23 ildən sonra ilk dəfə MTV VMA səhnəsinə qayıdıb. 13 nominasiya ilə Ledi Qaqanın 2010-cu ildə müəyyənləşdirdiyi rekordu təkrarlayan müğənni gecədən 7 mükafatla ayrılıb. O, "İlin sənətçisi", "Ən yaxşı rəqs", "Ən yaxşı albom", "Ən yaxşı uzun formatlı video", "Ən yaxşı xoreoqrafiya", "Ən yaxşı sinematoqrafiya" və "Ən yaxşı əməkdaşlıq" nominasiyalarında qalib olub.
Teylor Svift isə "The Fate of Ophelia" klipi ilə "İlin videosu" mükafatını qazanıb. Bundan başqa, "Opalite" ilə "Ən yaxşı rejissor" nominasiyasında da qalib gəlib. Swift aldığı mükafatla MTV VMA tarixində ən çox mükafat qazanan sənətçi adına sahib olub.
Gecənin digər diqqətçəkən qalibləri arasında BTS, Ariana Grande və LISA da yer alıb. BTS "İlin mahnısı" və "Ən yaxşı K-pop mahnısı" mükafatlarını qazanmaqla yanaşı, "Ən yaxşı qrup" seçilib. Ariana Grande isə "Ən yaxşı vizual effekt" və "Yayın mahnısı" nominasiyalarında qalib olub.
"Michael Jackson Video Vanguard" fəxri mükafatı bu il Nirvana qrupuna təqdim edilib. "Ən yaxşı yeni sənətçi" mükafatının sahibi Sienna Spiro olub.
2026 MTV VMA qalibləri
* Ən yaxşı vizual effekt: Ariana Qrande – "Hate That I Made You Love Me"
* Ən yaxşı xoreoqrafiya: Madonna – "Confessions II, The Film"
* Ən yaxşı montaj: Sabrina Karpenter – "House Tour"
* Ən yaxşı sinematoqrafiya: Madonna – "Confessions II, The Film"
* Ən yaxşı sənət rejissorluğu: PinkPantheress & Zara Larsson – "Stateside"
* Ən yaxşı rejissor: Teylor Svift – "Opalite"
* Yayın mahnısı: Ariana Qrande – "Hate That I Made You Love Me"
* Ən yaxşı albom: Madonna – "Confessions II"
* Ən yaxşı uzun formatlı video: Madonna – "Confessions II, The Film"
* Ən yaxşı qrup: BTS
* Ən yaxşı K-pop mahnısı: BTS – "Swim"
* Ən yaxşı kantri mahnısı: Ella Lanqli – "Choosin" Texas"
* Ən yaxşı latın mahnısı: Bad Banni – "NUEVAYoL"
* Ən yaxşı alternativ mahnı: Oliviya Rodriqo – "The Cure"
* Ən yaxşı R&B mahnısı: Bruno Mars – "I Just Might"
* Ən yaxşı hip-hop mahnısı: Kardi B feat. Kehlani – "Safe"
* İlin mahnısı: BTS – "Swim"
* İlin videosu: Teylor Svift – "The Fate of Ophelia"
* Ən yaxşı yeni sənətçi: Sienna Spiro
* Ən yaxşı rəqs: Madonna – "Confessions II, The Film"
* İlin sənətçisi: Madonna
* Ən yaxşı əməkdaşlıq: Madonna & Sabrina Karpenter – "Bring Your Love"
* Ən yaxşı pop mahnısı: LISA feat. Kentaro Sakaquçi – "Dream"
Jalə

