Türkiyənin Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026" hərbi təlimindən maraqlı görüntülər paylaşıb.
Sözügedən görüntülər nazirliyin "X" sosial media hesabında paylaşılıb.
"Hibrid təhdidlərlə mübarizə və birgə əməliyyat qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə qəhrəman hərbçilərimiz mürəkkəb şəraitdə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Üç ölkə, vahid iradə, güclü koordinasiya, tam isabət!", - məlumatda vurğulanıb.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
🇹🇷🇦🇿🇺🇿 Birliğin gücü, hedefte tam isabet! 🎯
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 28, 2026
Azerbaycan’ın ev sahipliğinde, Türkiye ve Özbekistan’ın katılımıyla icra edilen Birliğin Gücü-2026 Tatbikatı tüm hızıyla devam ediyor.
Hibrit tehditlerle mücadele ve müşterek harekât kabiliyetinin geliştirilmesi amacıyla… pic.twitter.com/0qs8uc9htC

