"Ümumiyyətlə, çimərlik mövsümündə suda boğulma halları ilə bağlı mütləq təhlükəsizlik məsələsinə diqqət yetirmək lazımdır. Çimərlik üçün nəzərdə tutulmayan yerlərdə çimmək olmaz. Bunlar ciddi şəkildə riayət olunmalı olan tələblərdir. Hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə, məhz həmin çimərliklərə getmək lazımdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.
O bildirib ki, fəaliyyətinə icazə verilməyən yerlər- su anbarları, kanallar, göllər, digər su hövzələri çimmək üçün nəzərdə tutulmayıbsa, demək ki, orada təhlükə riski var:
"Çimərliklərin fəaliyyətinə icazə verilməsi üçün həmin ərazilərdə sualtı baxışlar keçirilir, akvatoriya öyrənilir, suyun axınları, dərinlikləri, dibindəki vəziyyət araşdırılır. Suyun fiziki, kimyəvi, bioloji xassələri analiz olunur ki, insan sağlamlığı üçün təhlükə yaradacaq hər hansı faktor varsa, müəyyən edilsin.
Əgər heç bir risk yoxdursa, yalnız ondan sonra həmin əraziyə çimərlik fəaliyyəti üçün icazə verilir. Suyun təzyiqi üstdən zəif görünsə də, dibindəki vəziyyətdən xəbərimiz olmur.
Su kanalları və bənzər obyektlər çimmək üçün nəzərdə tutulmayıb və orada çimən şəxslər həyat və sağlamlıqlarını ciddi risq altına atırlar".
Əfsanə Kamal
Demokrat.az