İsrail ordusu Qəzza şəhərindəki əməliyyatı dayandırıb

DÜNYA 04 oktyabr 2025, 08:48
İsrailin siyasi rəhbərliyi orduya Qəzzada həyata keçirilən hücum əməliyyatlarını dayandırmağı əmr edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Qaley SAXAL" ordu radiostansiyası məlumat yayıb.

Məlumata görə, bu əmr ABŞ hökumət rəsmiləri ilə operativ görüşlər və təmaslardan sonra verilib. Belə ki, Fələstinin radikal HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında hərbi əməliyyatların dayandırılması planı ilə razılaşdığını elan edib.

Bildirilib ki, hazırda Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin fəaliyyəti yalnız müdafiə hərəkətləri ilə məhdudlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 10:00
Top