
Xaricdə yaşamaq istəyənlər üçün Avropanın ən sərfəli ölkəsi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, Avropanın ucuz ölkələrinin siyahısı ictimai nəqliyyat, yanacaq, internet, hesablar və çöldə yemək kimi əsas yaşayış xərclərinə görə müəyyən edilib. Araşdırmaya görə, Litva Avropada yaşayan əcnəbilər üçün ən ucuz ölkədir. Baltikyanı bu kiçik ölkə xüsusilə internet qiymətləri ilə fərqlənir. Burada qiymətlər Avropa ortalamasından xeyli aşağıdır. İctimai nəqliyyat baxımından da böyük üstünlüyə malik olan Litva orta hesabla 85 pens ilə Avropanın ən ucuz beş ölkəsi arasında yer alır. Əcnəbilərin böyük əksəriyyəti Litvanın paytaxtı Vilnüsdə yaşamağa üstünlük verir. Litvada şəhər mərkəzində bir mənzilin orta kirayəsi 625 avrodur. Siyahıda Litvadan sonra Polşa ikinci olub. Ucuz ölkələr reytinqində Slovakiya və Yunanıstanda yer alıb. Bu ölkələrdə yaşayan əcnəbilər orta aylıq gəlirlərinin 13,9 faizini əsas yaşayış xərclərinə xərcləyirlər.
Ən bahalı ölkələr arasında isə İsveçrə, İslandiya və Norveç yer alıb.