
Astarada 15 yaşlı yeniyetmə su anbarında boğularaq həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsindəki "Lovain" su anbarında baş verib.
15 yaşlı Murad Ramin oğlu Ağazadə anbara düşərək boğulub. Onun cəsədi sudan çıxarılıb və ehtimala görə, ölüm ehtiyatsızlıq nəticəsində baş verib.
Yeniyetmənin meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.