Türkmənistan Rusiyaya qaz nəqlini dayandırıb

İQTİSADİYYAT 25 oktyabr 2024, 21:14
“Türkmənqaz” “Qazprom”la qiymətlərdə razılaşmadığı üçün Rusiyaya qaz nəqlini dayandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev danışıb.

O izah edib ki, xidmətlərin göstərilməsini davam etdirmək üçün 30 iyun 2024-cü il tarixində qiymətə yenidən baxılması nəzərdə tutulub.

“Biz danışıqlar apardıq və kommersiya hissəsi ilə bağlı ümumi anlaşma əldə edə bilmədik"-deyə açıqlamada bildirilib. 

Danışıqlar nəticəsində tərəflər qiymət məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən qaz təchizatı müqaviləsi uzadılmayıb.

“Qazprom” və “Türkmənqaz” 2019-cu ildə beş illik qaz tədarükünə dair müqavilə imzalayıb. Qaz tədarükünün həcmi 5,5 milyard kubmetr təşkil edib. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top