DNT analizi ilə qədim Norveç dastanının qəhrəmanının cəsədi analiz ediləcək

DÜNYA 25 oktyabr 2024, 23:16
Norveçin Sverrir dastanında 1197-ci ildə hərbi kampaniya zamanı bir adamın cəsədinin Sverresborq qalasının quyusuna atılmasından bəhs edilir. DNT analizi alimlərə ilk dəfə dastandakı personajın cəsədini tapmağa kömək edib. Araşdırmanın nəticələri iScience jurnalında dərc olunub.

1938-ci ildə Sverresborq qəsrindəki quyuda sümüklər tapılıb. İndi radiokarbon təyini və dişdən alınan DNT analizi qalıqların təxminən 900 il yaşı olduğunu təsdiqləyib. Bu dastanın dövrünə uyğun gəlir.

Cəsədin 30-40 yaşlarında olan kişiyə aid olduğu da göstərilib. Çox güman ki, mavi gözləri və sarışın və ya açıq qəhvəyi saçları var idi. Onun əcdadları, ehtimal ki , Norveçin ən cənub qraflığından gəliblər. Bu, müasir norveçlilərin DNT məlumatlarından istifadə etməklə müəyyən edilmişdir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top