“Mən həbsxanaya göndərilə bilərəm” — Gürcüstan prezidenti

REGİON 25 oktyabr 2024, 23:30
“Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, mən həbsxanaya göndərilə bilərəm”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili mətbuat konfransında bildirib.

“Bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər”, - prezident bunu hakim partiya qalib gəlsə və müxalifəti qadağan etmək və məsuliyyətə cəlb etmək planını həyata keçirsə, nə baş verəcəyini təxmin etməyi xahiş edən jurnalistin sualına cavab verərkən deyib.

Zurabişvili eyni zamanda qeyd edib ki, seçkilərdə fəallıq yüksək olarsa, müxalifət partiyaları birgə səylərlə “Gürcü arzusu”nu məğlub edə və koalisiya hökuməti yarada bilərlər.

Qeyd edək ki, Gürcüstanda seçkilər oktyabrın 26-na təyin edilib. Zurabişvili və müxalifət “Gürcü arzusu”nu “Rusiyayönlü siyasətdə” ittiham edir. Prezidentin sözlərinə görə, seçkilər Aİ və ya Rusiya üçün referendum olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top