“İstəyirik ki, qardaşlıq qarşılaşmaları “Türk Kuboku” adlı turnirə çevrilsin” — Ramil Əliyev

GÜNDƏM 25 oktyabr 2024, 23:47
Azərbaycalı jurnalistlər Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer ilə görüşüblər.

Xalqcəbhəsi.az xəbər verir ki, görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli, Öndər.Tv-nin baş redktoru Ramil Əliyev, həmçinin nümayəndəliyin əməkdaşları da iştirak ediblər.

Türkiyə, Azərbaycan və Kipr əlaqələri müzakirə olunub və gələcəkdə ölkələrimizin media quruluşları arasında əlaqələrin inkişafının əhəmiyyət daşıması önə çəkilib.

Ufuk Turganer Türkiyə və Azərbaycan mediası arasında baş tutan futbol üzrə qardaşlıq görüşünün əhəmiyyətini vurğulayıb.

Ramil Əliyev isə diqqətə çatdırıb ki, gələcəkdə bu tədbirin Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin mətbuat nümayəndələri arasında keçirilməsi nəzərdə tutulub: “Daha sonra isə türk dövlətlərinin mətbuat nümayəndələrinin arasında bu qardaşlıq yarışının keçirilməsinin təşkil olunmasını hədfləyirik. Bu cür tədbirlərin əhəmiyyəti böyükdür. İstəyirik ki, qardaşlıq qarşılaşmaları “Türk Kuboku” adlı turnirə çevrilsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top