Siyavuş Novruzov məni saxtakar adlandırdı — Tənzilə Rüstəmxanlı hirsləndi

GÜNDƏM 17 oktyabr 2025, 13:02
"Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı".

Demokrat.az xəbər verir ki, bu fikirləri deputat Tənzilə Rüstəmxanlı parlamentdə həmkarı Siyavuş Novruzovun ona etirazına cavab olaraq bildirib.

"1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. 
Mən bu prosesin içindəydim, qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı", - T.Rüstəmxanlı vurğulayıb. 

Daha sonra Siyavuş Novruzov söz istəsə də, spiker Sahibə Qafarova bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 23:56
17 oktyabr 2025, 20:21
Top