ABŞ: Şimali Koreya qoşunlarının ikinci qrupunu Rusiyaya göndərib

DÜNYA 25 oktyabr 2024, 22:42
 Amerikanın Bloomberg agentliyinin məlumatına görə, KXDR yaxın vaxtlarda Rusiyaya ikinci qoşun qrupunu göndərmək niyyətindədir.

Bu barədə Demokrat.az Cənubi Koreya kəşfiyyatının hesabatlarına istinadən məlumat verilir.

Təqdim olunan məlumatlara görə, 1500 elit xüsusi təyinatlıdan ibarət Şimali Koreya hərbi personalının ilk partiyasının artıq Rusiyanın Uzaq Şərqində təlim keçdiyi iddia edilir. Şimali Koreya Rusiya ərazisinə 10 minə yaxın hərbçi yerləşdirməyi planlaşdırır.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top