Bir çox ölkələr dollara alternativ axtarır

DÜNYA 25 oktyabr 2024, 19:55
Artıq bir çox ölkələr dollara alternativ axtarırlar və tapanda ondan aktiv şəkildə istifadə edəcəklər.

Demokrat.az xəbər verir ki, bunu RİA Novosti -yə Rusiya Federasiyasının maliyyə nazirinin müavini İvan Çebeskov deyib. 

“Siz dəyənəklə hamını öz valyutanızdan, maliyyə sisteminizdən istifadə etməyə məcbur edə bilməzsiniz və bu dəyənəklə imtina edənləri dərhal döyə bilmərsiniz. Bir çox ölkələr bu haqda düşünüblər, amma hələ də sakit oturub alternativlər axtarırlar. Bu alternativlər ortaya çıxanda onlardan fəal şəkildə istifadə edəcəklər”, – Çebeskov agentliyə BVF və Dünya Bankının rəhbər orqanlarının Vaşinqtonda keçirilən illik toplantıları çərçivəsində deyib.

O vurğulayıb ki, əgər dollardan “siyasi dayaq” kimi istifadə edilərsə, zaman keçdikcə ondan daha az adam istifadə edəcək. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2024, 19:46
Top