33,5 milyard dollar qazandı — Göz qamaşdıran sərvət

DÜNYA 25 oktyabr 2024, 12:09
Dünyanın ən varlı adamı olan "SpaceX", "Tesla" və X-ın (keçmiş "Twitter") sahibi İlon Mask daha 33,5 milyard dollar varlanıb.

Demokrat.az xəbər verir ki, "Tesla"nın səhmləri son 10 ilin ən böyük qazancını əldə edib.

Nəticədə İlon Maskın sərvəti 33,5 milyard dollar artıb. Bu artımla iş adamı Bloomberg Milyarderlər İndeksində liderliyini gücləndirib.

İndi İlon Maskın sərvəti 270,3 milyard dollardır. O, Bloomberg Milyarderlər İndeksində ikinci yeri tutan "Amazon"un sahibi Ceff Bezosdan 61 milyard dollar daha varlıdır. 

Qeyd edək ki, İlon Mask son dövrlər siyasətə qarışıb. O, ABŞ-dakı 5 noyabr seçkilərində respublikaçı Donald Trampı fəal şəkildə dəstəkləyir. İş adamı indiyədək prezidentliyə namizədin kampaniyasına 75 milyon dollar xərcləyib. Tramp prezident seçilsə, onun hökumətdə təmsil olunması gözlənilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top