Dekabrın 25-də Norveçdə maşinistlərlə dispetçerlər arasında rabitə sistemindəki nasazlıq səbəbindən qatarların hərəkəti tamamilə dayanıb.
Bu barədə VG nəşri yazıb.
Nəşr qeyd edib ki, dəmir yolu şəbəkəsinin saxlanmasına cavabdeh olan "Bane NOR" agentliyi problemlərin aradan qaldırılması üçün böhran qərargahı yaradıb, lakin hərəkətin nə vaxt bərpa olunacağı məlum deyil.
Bildirilib ki, norveçlilər digər nəqliyyat növlərindən, o cümlədən taksilərdən istifadə edə və bunun üçün kompensasiya ala bilərlər. Qatarların hərəkətinin dayandırılması bütün gün davam edərsə, ehtiyacı olanlar hotel otaqları ilə təmin olunacaqlar. (Oxu.Az)