Tanınmış şairə Nazilə Səfərli dünən baş verən təyyarə qəzası ilə bağlı "İnstagram" hesabında paylaşım edib.
Şairə öz paylaşımında təyyarə səyahətlərində təhlükəsizliyə dair maraqlı məqama diqqət çəkib:
"Təyyarəyə minməkdə olan insanların 90%-i ön sıralarda oturmaq istəyir, biznes-klass üçün böyük pullar xərcləyir, halbuki təyyarənin ən təhlükəsiz yeri quyruğudur. Ümid edirəm, bu gün baş vermiş faciədə hər kəs özünə bir dərs çıxaracaq. Dönüşü olmayan təyyarədə ölənlərə Allahdan rəhmət diləyirəm. Şəhid pilotlarımıza həmçinin şəhid təyyarə bələdçimizə sonsuza qədər minnətdarıq. Onlar qəhrəmandırlar. Başımız sağ olsun".
Nazilə Səfərli hadisəni böyük üzüntü ilə qarşıladığını ifadə edib və qəza nəticəsində həyatını itirənlərə rəhmət, onların yaxınlarına isə səbir diləyib. (Yenisabah.az)