AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Qazaxıstanın Aktau şəhəri sahilində qəzaya uğraması quru sərhədlərinin açılması məsələsini gündəmə gətirdi. Avtobusla bir neçə saatlıq məsafədə yerləşən Rusiyanın Qroznı şəhərinə hazırda uçuşlar dayandırılıb. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında bildirilib ki, istintaq prosesi başa çatana qədər aviaşirkətin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Siyasi şərhçi Tural İrfan quru sərhədlərinin açılmasına Demokrat.az-a açıqlamasına münasibət bildirib:
“Bəziləri məlum təyyarə qəzasını quru sərhədlərinin bağlı olması ilə əlaqələndirirlər. Bildirim ki, bu kimi qəzalardan heç kəs sığortalanmayıb. Qəza ABŞ-də də baş verir. Sanki sərhəd açıq olsaydı, təyyarə reyslərinin hamısı təxirə düşəcəkdi, hamı quru yolla gedəcəkdi. Bu, məntiqsiz və qərəzli yanaşmadır. Quru yollarının bağlı olması izah olunub və bunun səbəbləri deyilib. Bu, hər birimizin bildiyi və ya bilməyi təhlükəsizlik tədbirləri ilə əlaqəlidir və hamı da bilir ki, müvəqqətidir. Zamanı çatanda açılacaq. Qəza baş verəndə qatarda da baş verir, avtobusda da baş verir, lap piyada yolunu keçəndə də. Təyyarə qəzasında həlak olan insanlar ola bilərdi ki, avtobusda da fərqli bir qəzada həlak ola bilərdilər. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaralılara şəfa diləyirik. Bunun bir də qəza-qədər tərəfi var.
Sərhədlər ola bilər açılsın, ola da bilər hələ açılmasın. Buna yalnız dövlət rəhbərliyi qərar verə bilər. Ancaq qəzanın baş verməsini sərhədin bağlı olması ilə əlaqələndirmək fikri ilə razılaşmaq olmaz”.
Törə Zeynallı
Demokrat.az