Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Nesiç və bir neçə məmur korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Bosniya və Herseqovina Prokurorluğunun Serb Respublikası (RS) Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə apardığı istintaq çərçivəsində 26 dekabr 2024-cü il tarixində prokurorun tapşırığı ilə nazir Nenad Nesiç və daha beş nəfər korrupsiya cinayətləri işi üzrə saxlanılıb”, - mətbuat xidmətinin açıqlamasında bildirilir.
Onlar mütəşəkkil cinayətkar qrupda iştirak etməkdə, çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almada ittiham edilirlər.