25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Qəzanın səbəbləri araşdırılır. Bədbəxt hadisə insanlarda təyyarə qorxusu yaradıb. Bu da öz növbəsində biletlərin satışına təsir edə bilər.
Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, ötən gün baş verən hadisə aviasiya nəqliyyatı üzrə bir faciədir:
“Bu hadisənin həmin bazara təzyiq göstərə biləcəyi ciddi mövzu ola bilməz. Əlbəttə, hər hansı bir aviaşirkətin təyyarəsində qəzanın baş verməsi həmin aviaşirkətin imici üçün mənfidir. Dünyada hər il yüzlərlə təyyarə qəzası olur. Bu hadisələr üzrə statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda bu halların baş verməsi minimumdur”.
Ekspert diqqətə çatdırıb ki, AZAL-ın Bakı-Qroznı reysi ilə hərəkət edən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi müstəqillik tarixində üçüncü ən böyük hadisədir:
“Hadisələrdən birincisi, 1995-ci ilin 5 dekabrında baş verib. Naxçıvan-Bakı reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 52 nəfər (4 ekipaj üzvü-48 sərnişin) həlak olub. Hadisələrdən ikincisi, 2005-ci ilin 23 dekabrında baş verib. Bakı-Aktau reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 23 nəfər (4 ekipaj üzvü-19 sərnişin) həlak olub. Ötən gün baş verən bədbəxt hadisə isə artıq hər kəsə məlumdur. 25 dekabrda olan qəza AZAL-ın tarixində baş verəcək sonuncu pis hadisə olacaq. Bu hadisə nə bilet satışlarına təsir edə, nə də təzyiq göstərə bilər. Belə qəzalardan heç bir ölkə sığortalanmayıb”.
Leyla
Demokrat.az