“Təyyarə qəzasına səbəb Rusiya dronu olub” — “Euronews”

GÜNDƏM 26 dekabr 2024, 18:35
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiya dronu ilə vurulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Euronews” Azərbaycan hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

“Mənbələrin bildirdiyinə görə, Qroznı səmasında hava fəaliyyəti aparan pilotsuz uçan aparat təyyarəni vurub.

Hökumət mənbələri bildiriblər ki, pilotların təcili eniş tələblərinə baxmayaraq, zədələnmiş təyyarənin Rusiyanın heç bir hava limanına enməsinə icazə verilməyib və ona Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau istiqamətində uçması ilə bağlı təlimat verilib”, - nəşr yazır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top