İflic xəstələrinin yeriməyə başlamasına imkan verən kostyum yaradılıb

DÜNYA 26 dekabr 2024, 21:23
İflic olan insanların hərəkətliliyini bərpa edən ekzoskelet yaradılıb.

Demokrat.az
xəbər verir ki, ekzoskeleti Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimləri təqdim ediblər. 

“WalkON Suit F1” adlanan qurğunun çəkisi 50 kiloqramdır. Ekzoskeletin yaradılmasında iştirak edən tərtibatçı Park Conq-soo komikslərin super qəhrəmanı Dəmir Adamın geyimindən ilhamlandığını bildirib.

Ekzoskelet saniyədə minə qədər siqnalı təhlil edən, istifadəçinin hərəkətlərini proqnozlaşdıran və tarazlığı qoruyan sensorlardan istifadə etməklə işləyir.

Ekzoskeletin ön hissəsindəki kameralar xəstəyə naviqasiya etməyə kömək edir. Testlər göstərib ki, qurğu saatda üç kilometrə qədər sürətlə hərəkət etməyə kömək edir.

Yeni məhsul həmçinin istifadəçiyə gəzinti zamanı əllərini sərbəst saxlamağa imkan verir. Ekzoskelet dar keçidlər, qapılar və pilləkənlər də daxil olmaqla maneələri keçməyə qadirdir.

Tədqiqatçılar əlavə olaraq qeyd ediblər ki, qurğu əlil arabalarından istifadə edən insanlar üçün uyğunlaşdırılıb və xəstənin oturma mövqeyindən müstəqil şəkildə qalxmasına kömək edə bilir.



Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top