Qorxduğu başına gəldi - yanıb ölməkdən qorxurmuş. "Üzü tanınmaz haldadır..." - qardaşına belə deyiblər. Ümid var idi, azacıq. Təyyarə suya düşmədi, amma ümidlər düşdü. Kiminin bayramı anası ilə keçirmək ümidi, kiminin başqa ölkəyə köçmək ümidi, kiminin yeni işə başlamaq ümidi.
Hava limanı bu günlər kədərə bürünüb. İşçilər pərişandırlar, həmkarlarını itiriblər. Hamının üz-gözü şişdir, ağlamaqdan. Onlar da sükuta qərq olublar. Bütün ölkə kimi. Hava limanı bir az da məzarlığı xatırladır bu günlər. Gələn-gedən önünə gül dəstələri düzür, şəkillərinin önünə.
Bəs, hər şey yaxşı olacaqdı?! Görəsən, özü inanmışdı ağzından çıxan kəlimələrə? İnsanlar onu xatırladılar, həm də xoş xatirələrlə. Cəmisi bir ay əvvəl onunla göyərtədə bir uçan insanlar onu xatırladılar. Yazdılar, kədərləndilər, ağladılar. Bu günlər bütün ölkə onun üçün ağladı. Yeni işə başlayacaqmış, elə doğma məkanında - hava limanında. Bu dəfə səmada deyil, yerdə xidmət edəcəkmiş. Son uçuşları imiş. Səninlə fəxr edirik, hamımız. Axı belə deyirdin həmişə. Mənimlə həmişə fəxr edin deyirdin. Edirik, Hökümə. Səni tanımadan hamımız səninlə fəxr edirik...
Törə Zeynallı
Demokrat.az