Bu tərəvəzlər qızardılan zaman zərərli trans yağı buraxır

SOSİAL 26 dekabr 2024, 21:40
Sarımsaq və soğan 140°C-yə qədər qızdırıldıqda trans yağları buraxa bilər.

Yaponiya Universitetinin alimləri müəyyən ediblər ki, sarımsaq və soğan 140 °C və ya daha yüksək temperaturda qızdırıldıqda zərərli trans yağları buraxa bilər.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri Food Research International jurnalında dərc olunub.

Trans yağların və ya trans yağ turşularının istehlakı ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. 

Ümumdünya Səhiyyə Təşkilatına görə, trans yağlar hər il 278 mindən çox ölümə səbəb olur.

Trans yağlar qızardılmış qidalarda və marqarində olur. Evdə yüksək temperaturda yeməkləri qızardarkən də trans yağ əmələ gələ bilər.

Hətta bitki yağlarında olan doymamış yağ turşuları yüksək temperatura məruz qaldıqda trans yağlara çevrilə bilir.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top