Bu ölkə bir həftədir qaranlıqda yaşayır — FOTOLAR

DÜNYA 25 oktyabr 2024, 13:01
Keçən həftədən Kubada əsas elektrik stansiyalarında davam edən nasazlıqlar səbəbindən məktəblərin və iş yerlərinin bir müddət bağlı qalacağı bildirilib.

Demokrat.az
 xəbər verir ki, bu barədə Kuba Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, oktyabrın 18-də elektrik stansiyalarında davam edən nasazlıqlar və tropik fırtınanın fəaliyyəti pozması səbəbindən görülən tədbirlərin müddəti uzadılıb.

Açıqlamada 11 milyon əhalisi olan ölkədə xəstəxana kimi həyati əhəmiyyətli yerlərin açıq qalacağı, məktəblərin və qeyri-vacib dövlət sektoru fəaliyyətlərinin oktyabrın 27-dək bağlı qalacağı vurğulanıb. Hökumət enerji böhranına görə ABŞ-ın iqtisadi embarqosunu günahlandırıb.

Qeyd edək ki, oktyabrın 18-də Matanzasdakı Antonio Qutyerrez istilik elektrik stansiyasında nasazlıq səbəbindən Kubada milyonlarla sakin elektriksiz qalıb. Ölkə üzrə elektrik verilişinin tam bərpası hələ də baş tutmayıb.

Enerji böhranı və qasırğa ilə əlaqədar Kuba hökuməti təcili tədbirlər istisna olmaqla, oktyabrın 21-dən oktyabrın 23-dək bütün toplantıların ləğv edilməsini əmr edib. Ölkə prezidenti Migel Dias-Kanel Kazanda (Rusiya) keçiriləcək BRICS sammitinə səfərini də ləğv etmək məcburiyyətində qalıb.

"Oskar" qasırğasının ölkənin şərq bölgəsinə vurduğu ziyanı aradan qaldırmaq və milli elektrik şəbəkəsinin bərpası üzrə səyləri davam etdirmək üçün Milli Təhlükəsizlik Şurası fövqəladə tədbirlərin müddətini 27 oktyabr 2024-cü il tarixinə qədər uzadıb. Bu tədbirlər, 20 oktyabrda qəbul edilmiş qərara əsasən, əmək fəaliyyəti və təhsil proseslərinə aiddir.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiya avadanlıqları üçün ehtiyat hissələri almağa imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır. Mart ayından etibarən ölkədən elektrik kəsilmələri daha müntəzəm xarakter alıb.







Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top