Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın məhdudlaşdırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
xxxFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***17:38
Bakıda güclü yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, tüstü Babək prospekti istiqamətindən səmaya yüksəlir.
Hələlik hadisənin tam olaraq hansı ərazidə baş verdiyi məlum deyil.