Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb — RƏSMİ

GÜNDƏM 25 oktyabr 2024, 14:50
Bakıda "Komsomol dairəsi" kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top