Politoloq: "Fransa insan haqlarına qarşı ən böyük təhdiddir"

GÜNDƏM 25 oktyabr 2024, 15:33
Avropa Birliyi ölkələri adətən təsir göstərmək istədikləri dövlətlərə qarşı insan hüquqları üzərindən ittihamlar irəli sürürlər. İnsan hüquqları faktorundan təzyiq mexanizmi kimi istifadə edirlər. Reallıqda açıq-aşkar görünür ki, AB ölkələrinin özünün kifayət qədər ciddi insan hüquqları və demokratiya problemləri var. 

Bu sözləri Demokrat.az-a politoloq Elçin Xalidbəyli deyib. O, əlavə edib:

"Bu ölkələrdə etiraz aksiyaları polis və hüquq muhafizə orqanları tərəfindən ağır güc və zorakılıq tətbiq etməklə dağıdılır.  Eyni zamanda hakimiyyətlərin maraqlarına zidd çıxış edən ictimai-siyasi fəallar təqib olunub, həbs edilir. Bunun örnəyi Fransadır. Makron hakimiyyətinə qarşı çıxanlar təqiblərlə üzləşirlər. Fransa hələ də müstəmləkəçilik siyasətini yürüdür. Buna qarşı mübarizə aparan şəxslər həbs edilir. Halbuki AB özü nəzərə almalıdır ki, Fransa insan haqlarına qarşı ən böyük təhdiddir. Çünki müasir dünyada müstəmləkəçilik qəbuledilməz hesab olunur. Müstəmləkəçilik insan haqlarının kobud şəkildə tapdanmasına yol açan siyasi reallıqdır".

Politoloqun sözlərinə görə, Avropa Parlamenti korrupsiyaya bulaşmış bir qurumdur:" Avropa Parlamenti  bəzi ölkələrə qarşı insan haqları faktorunu ittiham predmetinə çevirsə də, qurumun fəalliyyəti Avropa məkanında belə ciddi tənqid obyektidir. Hesab etmək olar ki, aparıcı Avropa ölkəsi olan Fransanın insan haqları və demokratiya kimi bəşəri dəyərlərdən danışmaq haqqı yoxdur".

Mehriban Mirzəzadə
Demomrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top