Mədəniyyət və yaradıcı sənayelərin ÜDM-də payı artır — AÇIQLAMA

GÜNDƏM 25 oktyabr 2024, 14:21
“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən yaradıcı və innovativ cəmiyyətin formalaşması bizim əsas hədəflərimizdəndir. Strategiyanın planında bir çox hədəflər əks olunub. Mədəniyyət və yaradıcı sənayələrin ümumdaxili məhsulda payını hər il azı 5 faiz artırmaq nəzərdə tutulub”.

Demokrat.az xəbər verir ki, bunu "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsinin başa çatması və "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunması ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib. R.Əzizov qeyd edib ki, bu hədəflərə çatmaq istiqamətində hər il ciddi işlər görülür:
“İnkişaf göstəricilərində artım beynəlxalq statistikalarda da görünür. Azərbaycan 4 pillə irəliləyərək 100-cü yerdən 96-cı yerdə qərarlaşıb. Əyləncə bazarı üzrə reytinqdə isə Azərbaycan 130 ölkə arasında 47-ci yerdədir. Bu nəticələr dövlət qurumlarının fəaliyyəti ilə yanaşı insan resursları istiqamətində də işlər görülməsini tələb edir”.

Şöbə müdiri bildirib ki, bu sahədə insanlar aktiv olmalıdırlar:

“Dövlət-özəl tərəşdaşlığının artırılması, cəmiyyətdə bu sahədə fəaliyyətin təşviq edilməsi vacibdir. İnsan resurslarının inkişaf etdirilməsi təhsilə və tədrisə təsir göstərir. Mədəniyyət Nazirliyi bu istiqamətdə böyük islahatlara start verib”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 noyabr 2024, 00:05
Top