18 gənc yaradıcı sanayələr üzrə xaricdə ödənişsiz təhsil alır

SOSİAL 25 oktyabr 2024, 14:53
“2026-cı ilə qədər 60 nəfərin təqaüd proqramı ilə xaricdə təhsil alması nəzərdə tutulub. Bu sayın artırılması üçün xaricdəki təhsil ocaqları ilə müqavilələrin bağlanması gözlənilir. Yaradıcı sanayələr sahəsində bir çox ixtisaslar üzrə qəbul həyata keçiriləcək”.

Demokrat.az
xəbər verir ki, bunu "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsinin başa çatması və "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunması ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib. R.Əzizov qeyd edib ki, yaradıcı sənayələr yalnız mədəniyyəti deyil, bir çox əlaqədar sahələri də əhatə edir:

“Mədəniyyət hüququ, mədəniyyət sahəsində texnologiyaların tətbiqi kimi sahələr mədəniyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Biz çalışırıq ki, təqaüd proqramı ən müxtəlif ixtisasları əhatə etsin və mədəniyyət sahəsi üzrə ixtisaslaşan hüquqşünaslar, idarəçilər, dizaynerlər, səs sənətçiləri yetişsin”.

Şöbə müdirinin sözlərinə görə 17-38 yaş aralığındakı şəxslər Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına müraciət edə bilərlər:

“Təqaüd proqramı bakalavr və magistr pillələrində təhsili əhatə edir. Yaradıcılıq yaşından asılı olmayaraq hər bir insana həyatda yeni fürsətlər yaradır. Sevindirici haldır ki, yaradıcı sənayələr üzrə təqaüd proqramı ilə təhsil alanlar arasında qızlar çoxluq təşkil edir. Ümumilikdə hazırda 18 gənc bu proqram əsasında Türkiyədə, Almaniyada, İtaliyada, Fransada, Avstriyada, Birləşmiş Krallıqda, ABŞ-də top universitetlərdə təhsillərini davam etdirirlər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top