Xaricdən alınan bu kürünün bir kiloqramı 22 manatdan çox bahalaşıb — QİYMƏTLƏR

SOSİAL 25 oktyabr 2024, 15:43
Cari ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 3 630 kiloqram nərə balığının kürüsü gətirilib.

Demokrat.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına 1 milyon 90 min ABŞ dolları vəsait xərclənib. İdxal olunan nərə balığının kürüsünün bir kiloqramı üçün orta gömrük qiyməti 300,3 ABŞ dolları (510,5 manat) olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dollar (22,7 manat) bahadır. 2023-cü ilin yanvar avqust aylarında idxal olunan nərə balığının kürüsünün bir kiloqramının orta gömrük qiyməti 286,9 dollar (487,8 manat) idi. (Valyuta.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top