"Apple" həvəskarlarının DİQQƏTİNƏ! — Bu seriyasını 10 milyon ədəd azaltdı

SOSİAL 25 oktyabr 2024, 12:34
"Apple" şirkəti "iPhone 16" seriyası üçün istehsal hədəfini 10 milyon ədəd azaldıb. Xüsusilə standart modellər üçün tələb aşağı qalsa da, Pro və Pro Max modelləri istifadəçilərin əsas seçimi olub.

Demokrat.az xəbər verir ki, "Apple"ın süni intellekt xüsusiyyətləri ilə ön plana çıxarmağı planlaşdırdığı "iPhone 16" seriyasına tələb gözlənilənlərin altında qaldığından şirkət istehsal hədəfini 10 milyon ədəd azaltmağa qərar verib. 

"Apple" analitiki Minq-Şi Kuonun sözlərinə görə, bu qərara xüsusilə standart "iPhone 16 "modellərinə tələbatın az olması səbəb olub. Bu dəyişiklikdən sonra "Apple"ın səhmləri 2 faiz ucuzlaşıb.

Yüksək tələbatlı "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modellərindən fərqli olaraq, "iPhone 16" istehsal təxminləri 84 milyon ədədə endirilib. 2025-ci ilin birinci rübündə 45 milyon, ikinci rübdə isə 39 milyon "iPhone" istehsalı planlaşdırılır.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top