“WhatsApp”da çoxdan gözlənilən yenilik

SOSİAL MEDİA 25 oktyabr 2024, 15:28
Məşhur messajlaşma tətbiqi olan “WhatsApp” statusla bağlı yeni funksiya üzərində işləyir. 

Demokrat.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. 

Məlumata görə, yeni funksiya istifadəçilərə status paylaşımlarına mahnı əlavə etməyə imkan verəcək.

Belə ki, statusda paylaşılan foto və ya videoya mahnı əlavə etmək üçün “musiqi düyməsi” görünəcək. 
 
Bununla da yeni funksiya sayəsində istifadəçilər ”Instagram”da olduğu kimi statusda paylaşılan foto və ya videoya musiqi əlavə edə biləcəklər. Bunun üçün şəkli yaxud videonu statusa yüklədikdən sonra həmin düymədən istifadə edərək mahnı seçmək və əlavə etmək lazımdır. 

Qeyd olunub ki, bu funksiya hazırda sınaq mərhələsindədir və tezliklə istifadəçilər üçün əlçatan olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top