Türkiyədəki terror hadisəsi BRICS ölkələrinə mesajdır — Politoloq

SİYASƏT 24 oktyabr 2024, 16:11
Qərb dünyasına – Avroatlantik məkana. Bu günə qədər əvəzsiz olan güc mərkəzinə qarşı ciddi bir alternativ olaraq çıxış edir. Qərb bir tərəfdən intibah dövrünü bitirərək getdikcə tənəzzülə uğrayır, digər tərəfdən genişlənən, inkişaf edən bir BRICS-i görürük. Dünənə qədər Qərbin orbitində olan dövlətlər artıq bu gün daha ədalətli və bərabər səviyyəli münasibətlər sistemini ehtiva edən bir quruma meyil etməyə başlayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. N.Miri qeyd edib ki, ABŞ başda olmaqla Qərbin sözü artıq dünya üçün keçərli deyil:

“BRICS Rusiya, Çin və ya Hindistan mərkəzli bir təşkilat deyil. Hələ ki burada heç kim heç nə diktə etmir. Bərabər hüquqlara əsaslanan iqtisadi, ticari, nəqliyyat-logistika sahələrində əməkdaşlıqlar qurulur. Gələcəkdə Avropa Birliyinin pul köçürmələri sistemi olan SWIFT-ə alternativ BRICS daxilində beynəlxalq pul köçürmələri sisteminin də yaradılması planlaşdırılır. Düşünürəm ki, gələcəkdə dolları əvəzləyəcək yeni bir qlobal valyuta yarana bilər”.
Politoloqun fikrincə Qərbdə ciddi narahatlıq var:

“Qərb Rusiya-Ukrayna, İsrail-Fələstin, Livandakı müharibələrin qarşısında aciz qalıb. Türkiyədə baş verən terror hadisəsi də Qərbin reaksiyasıdır. Bu, Türkiyəyə yönəlik bir mesajdır. Türkiyənin getdikcə müstəqil siyasət aparması və Qərb dünyası ilə hesablaşmaması onları narahat edir. Lakin bunun BRICS-lə əlaqəli olması bütün BRICS ölkələrinə verilən bir mesajdır. Düşünürəm ki, təşkilat indiki yolda davam edərsə, daha da güclənə və Qərbi geridə qoya bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top