İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü

XARİCİ SİYASƏT 24 oktyabr 2024, 13:18

Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb.

Demokrat.az xəbər verir ki, qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top